İrandan gələn şəxsin daxili orqanında narkotik və psixotrop maddə aşkarlandı

07.01.2020 13:25

Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşı Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, şəxsi yoxlama zamanı onun üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın tibbi müayinəsi nəticəsində - düz bağırsağından, şəffaf sellofana bükülü 4 ədəd bükümdə, ümumi çəkisi 64 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, çəkisi 13 qram olan ağ rəngli, kristal şəkilli psixotrop maddə - metamfetamin və 51 ədəd qəhvəyi rəngli, üzərində "M40" yazısı olan "metadon" adlı həblər aşkarlanıb.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na, metadon isə Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


156 dəfə oxunub

XƏBƏRLƏR

26.02.2020 17:03

Sükut dəqiqəsi

ÇOX OXUNANLAR