Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanında narkotik aşkarlanıb

09.12.2019 12:56

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı Astara gömrük postunda saxlanılıb və şifahi sorğu-sual olunub.

Gömrük Komitəsindən verilən məlumata görə, o, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib.

Şəxsi yoxlama zamanı onun üzərindən qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın daxili orqanı - düz bağırsağından 7 ədəd bükümdə, ümumi çəkisi 120 qram olan narkotik vasitə - heroin və çəkisi 28 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

© xezerxeber.az


267 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR