Bakı-Gəncə istiqamətində qatarların hərəkət sürəti artırılıb.
Bu barədə xezerxeber.az-a "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.
Bu səbəbdən noyabrın 24-dən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdiriləcək:
"Qatarların Bakıdan və Gəncədən yola düşmə vaxtı isə olduğu kimi saxlanılacaq. Yeni qrafikdə qatarın yolda olma müddəti 4 saat 15 dəqiqədən 3 saat 45 dəqiqəyə enəcək. Bununla da, sərnişinlər mənzil başına 30 dəqiqə tez çatdırılacaq.
Qeyd edək ki, qatarın sürətinin 135 km/saata qaldırılması yolda olma müddətini də qısaldıb. Buna nail olmaq üçün Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Yol təsərrüfatı və işarəvermə qurğuları ən müasir tələblərə uyğun işlənməsi, yol yatağının dəyişdirilməsi, elektrik təchizatı sahəsində təmas şəbəkəsinin yenilənməsi və müasirləşdirilməsi qatarların sürətinin artırılmasına şərait yaradıb".
Sürət həddinin artması ilə əlaqədar olaraq, "Azərbaycan Dəmir Yolları” QSC vətəndaşlardan təhlükəsizlik qaydalarına daha ciddi riayət etmələrini, yolu yalnız müəyyən olunmuş yerlərdən keçmələrini xahiş edir.
TRASEKA Hökumətlərarası Komissiyasına sədrlik Azərbaycana keçib
Yaraşıqlı aktyordan aparıcıya şok təklif - Biabır oldu - VİDEO
MSK-nın iclası: Qurumun nəzdində ekspert qrupu yaradıldı - Yeni
20 yaşlı qızı öldürən şəxsdən şok açıqlama: "Peşman deyiləm" - VİDEO
Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ: Evdən çıxmayın, TƏHLÜKƏLİDİR
Bakıda toyda inanılmaz hadisə - Bəy təcili xəstəxanaya çatdırıldı
Bakıda yeni tikilən çoxmərtəbəli binada DƏHŞƏTLİ HADİSƏ - Ölən var
Dünya şokda: Amerika həkimlərindən bir ilk - Ölünü diriltdilər