Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bakıda sürücünün avtomobili düzgün park etməməsi hərəkəti iflic edib - VİDEO

21.11.2019 17:33

Bakıda bahalı avtomobil prospektdə hərəkəti iflic edib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hadisə paytaxtın Əziz Əliyev küçəsində baş verib: "Bir az əvvəl təxminən saat 17:00 radələrində Əziz Əliyev küçəsində "Porsche Cayenne" markalı avtomobilinin sürücüsü nəqliyyat vasitəsini yolun hərəkət hissəsində park edərək bu və digər küçədə hərəkəti tam iflic edib. Nəticədə İstiqlaliyyət küçəsindən Neftçilər prospekti istiqamətində hərəkət tamamilə dayanıb. Bununla da sürücü yüzlərlə insanın tıxacda qalmasına səbəb olub".

Agentlik əməkdaşlarının müdaxiləsi ilə yolda hərkət bərpa edilib. Nəqliyyat vasitəsi qanunvericilikdə nəzərdə tutulan qaydada mühafizə olunan duracağa aparılıb.


© xezerxeber.az


236 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR