Gömrük nəzarətindən gizlədilən spirtli içkilər aşkarlanıb

07.11.2019 14:36

Gömrük nəzarətindən gizlədilən spirtli içkilər aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü” gömrük postunda Gürcüstandan "Volkswagen Passat” markalı nəqliyyat vasitəsilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və nəqliyyat vasitəsinə baxış keçirilib. Gömrük baxışı zamanı yük yerində üzərində "Moet Chandan Champagne” yazılan 24 ədəd 0,75 litrlik, "Jagermeister” yazılan 22 ədəd 1 litrlik, "Martini” yazılan 24 ədəd 0,75 litrlik və "Rakı” yazılan 14 ədəd spirtli içki aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


84 dəfə oxunub

XƏBƏRLƏR

18.11.2019 16:34

Süd idxalı azalıb

ÇOX OXUNANLAR