Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

İstehlak kreditləri ilə bağlı yeni - MƏHDUDİYYƏT

05.11.2019 13:41

Maliyyə Bazarlarına Nəzarət Palatası "Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”a dəyişiklik edib.

XəzərXəbər-in xəbərinə görə, dəyişiklik nəticəsində müddəti yeddiildən artıq olan istehlak kreditlərinin maksimum həcmi bankın I dərəcəli kapitalının 0.1 faizi ilə məhdudlaşdırılıb.

Banklarda kredit riskinin maksimum həcmini tənzimləyən bu dəyişiklik istehlakçıların zəruri olmayan uzunmüddətli istehlak kreditləri götürməməsinə təsir etməklə məsuliyyətli borclanma vərdişlərinin formalaşdırılmasını təmin edəcək.

Qeyd olunan dəyişikliyin əsas məqsədi istehlakçıların izafi borclanmasının qarşısının alınması və onların hüquqlarının qorunmasıdır.

2019-cun ilin 19 oktyabrında "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na da dəyişikliklər edilib.

Bununla KOS subyektlərinə və qeyri-neft sektoru üzrə ixracın maliyyələşməsinə verilən kreditlərin risk dərəcələri azaldılıb.

Eyni zamanda, istehlak kreditləri üzrə isə risk dərəcələrinin müəyyənləşdirilməsi zamanı borcun gəlirə nisbəti, faiz dərəcəsi, müddət və valyutasından asılı olaraq diferensial, daha sərt yanaşma tətbiq edilərək risk dərəcələri artırılıb.

© xezerxeber.az


100 dəfə oxunub

XƏBƏRLƏR

18.11.2019 16:34

Süd idxalı azalıb

ÇOX OXUNANLAR