Azərbaycan hökuməti 2021-2023-ci illər üçün neftin qiyməti üzrə proqnozunu açıqlayıb

22.10.2019 17:29

Azərbaycan hökuməti 2021-2023-ci illər üçün dünya bazarlarında neftin bir barelinin orta qiymətini 55 ABŞ dolları səviyyəsində proqnozlaşdırır.

Xezerxeber.az-ın Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verdiyi məlumata görə, 2019-cu il üçün bu göstərici 60 dollar, 2020-ci və növbəti iki il üçün isə 55 dollar səviyyəsində olacağı gözlənilir.

Ötən il dünya bazarlarında neftin bir barelinin orta qiyməti 71,1 dollar civarında olub.

© xezerxeber.az


119 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR