Gömrükçülər mobil telefon aşkarlayıb - FOTO

14.10.2019 13:10

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 27 ədəd mobil telefon və aksesuarının qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Komitədən bildirilib ki, "Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşlarının "BMW 523” və "QAZ 31105 120” markalı avtomobilləri saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 2 ədəd "Samsung Galaxy A 10”, 10 ədəd "Odscn B 350 E”, 5 ədəd "Kgtel E1200”, 10 ədəd "New Bee” markalı mobil telefon, 119 ədəd qidalandırıcı, 18 ədəd USB və 24 ədəd mobil telefon üçün qutu aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az

FOTOQALERIYA






125 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR