Paytaxta 300 yeni avtobusun gətirilməsi işləri noyabrda yekunlaşacaq

10.10.2019 15:10

Bakıya 300 yeni avtobusun gətirilməsi işləri noyabrda yekunlaşacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, dövlət tərəfindən avtobus parkının yenilənməsi üzrə işlər görülür. Artıq 300 avtobusun təxminən 210-u paytaxta gətirilib. Digərlərinin də gətirilməsi istiqamətində işlər davam edir. Gətirilən avtobuslar ilin sonunadək xəttə buraxılacaq.

© xezerxeber.az


117 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR