Azərbaycan AES tikintisi ilə bağlı Rusiyanın təklifini nəzərdən keçirir

09.10.2019 14:30

Azərbaycan Rusiya tərəfindən ölkədə atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı irəli sürülən təklifi nəzərdən keçirir.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Energetika naziri Pərviz Şahbazov deyib.

Nazirin sözlərinə görə, Rusiya bu sahədə böyük təcrübəyə malikdir və bu ölkənin dünya üzrə bir çox analoji layihələri var: "Bizə də təklif olunub və Azərbaycan bu təklifi nəzərdən keçirir. Amma konkret bir şey demək hələ tezdir".

Qeyd edək ki, Rusiya Dövlət Atom Enerjisi üzrə Korporasiyanın ("Rosatom") baş direktoru Aleksey Lixaçev jurnalistlərə açıqlamasında bildirib ki, ölkəsi Azərbaycanda AES inşa etməyi təklif edib.

© xezerxeber.az


85 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR