Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

İki ölkə dollara qarşı HƏRƏKƏTƏ KEÇDİ: bundan sonra...

09.10.2019 11:03

Rusiya və Türkiyə milli valyutalarla ticarət və ödənişlərlə bağlı saziş imzalayıb.

Bu barədə "Ria Novosti” informasiya yayıb.

Xəbərə görə, Rusiya Maliyyə Nazirliyi və Türkiyənin Xəzinədarlıq və Maliyyə Nazirliyi arasında imzalanan razılaşma banklararası əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi, habelə iki ölkənin biznes subyektləri arasında fasiləsiz ödənişlərin təmin edilməsi" məqsədi daşıyır.

Rusiya tərəfindən sazişi Baş nazirin birinci müavini - maliyyə naziri Anton Siluanov, Türkiyə tərəfdən isə xəzinə və maliyyə naziri Berat Albayrak imzalayıb.

Burada əsas məqsəd inkişaf və Rusiya ilə Türkiyə arasındakı ticarətdə rubl və lirənin istifadəsinə tədricən keçid, müvafiq maliyyə bazarı infrastrukturunun yaradılması, şirkətlər üçün milli valyutanın cəlbediciliyinin artırılmasıdır.

"Sazişin imzalanması Rusiya ilə Türkiyə arasında qarşılıqlı faydalı və bərabər ticari-iqtisadi əməkdaşlığın daha da genişlənməsi və inkişafı üçün vacib bir addımdır"-, xəbərdə deyilir.

Qeyd edək ki, bir çox ölkələr dolların iqtisadiyyatda hegamonluğundan yaxa qurtarmaq üçün milli valyutalarla beynəlxalq iş aparmaq üçün hərəkətə keçib. Bunlar arasında Rusiya, Türkiyə və Çin kimi nəhəng iqtisadiyyatlı ölklələr diqqət cəlb edir.

Zümrüd

© xezerxeber.az


237 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR