Gömrükçülər dərman preparatları aşkarlayıb - FOTO

05.10.2019 16:36

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Zafira" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baxış zamanı avtomobilin arxa oturacağının altında və tavan hissəsində gömrük nəzarətindən gizlədilən, 5400 kapsul "Xiltam", 1650 kapsul "Kist Al-Xindi", 1000 kapsul "Sennol" və 2 ədəd flakonda üzərində "Minoxidil" 60 ml (2FLOZ) yazılan dərman preparatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az

FOTOQALERIYA






128 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR