Abşeron rayonunun bir hissəsi işıqsız qalıb

26.09.2019 17:08

Abşeron rayonu və Xırdalan şəhərinin bir hissəsində, xüsusən də "Quşçuluq massivi” kimi tanınan yaşayış ərazisində bu gün səhər saatlarından etibarən elektrik enerjisi təchizatı dayandırılıb.

"Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, bu, Xırdalan şəhəri ərazisində tikilən yeni yarımstansiya ilə əlaqədardır: "Hazırda yeni tikilən 110 kilovoltluq "Xırdalan” yarımstansiyasına ərazidə olan elektrik verilişi xətlərinin köçürülməsi həyata keçirilir. Təhlükəsizlik səbəbindən ərazidə enerji təchizatı dayandırılıb. Yaxın saatlarda elektrik enerjisinin verilişi bərpa ediləcək. Bu planlaşdırılmış işlərlə bağlı istehlakçıları öncədən xəbərdar etmişdik”.

© xezerxeber.az


143 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR