Asiya İnkişaf Bankı: İlin sonuna Azərbaycanda iqtisadi artım 2,6 faiz təşkil edəcək

25.09.2019 15:43

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda 2019-2020-ci illər üzrə ümumi daxili məhsulun artım tempi üzrə proqnozunu yeniləyib.

AZƏRTAC AİB-in "Asiyada İnkişaf Perspektivləri” haqqında hesabatına istinadla xəbər verir ki, bu ilin sonunda ölkədə ümumi daxili məhsulun artım tempinin 2,6 faiz, 2020-ci ildə isə 2,4 faiz təşkil edəcəyi nəzərdə tutulur.

Qeyd edək ki, AİB əvvəlki hesabatda gələn il üçün Azərbaycan iqtisadi artımın 2,7 faiz olacağını proqnozlaşdırırdı.

© xezerxeber.az


146 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR