Geyim məmulatlarının istehsalı 8,1 faiz artıb

20.09.2019 12:58

Bu ilin 8 ayında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 270,7 milyon manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə toxuculuq sənayesində 35,8 faiz, geyim istehsalında 8,1 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 16,4 faiz azalma müşahidə olunub.

© xezerxeber.az

FOTOQALERIYA






138 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR