Məmmədli kəndinin işığı kəsiləcək

07.09.2019 14:21

Abşeron rayonunun Məmmədli kəndinin bir hissəsini elektrik enerjisi kəsiləcək.

"Azərişıq" ASC-dən xezerxeber.az-a verilən məlumata görə, Abşeron rayonunun Məmmədli kəndinin bir hissəsini elektrik enerjisi ilə qidalandıran 110/35/10 kVt-luq "Zabrat" yarımstansiyasından çıxan 10 kVt-luq "Məhəmmədi-1" elektrik verilişi xəttində aparılacaq yenidənqurma işləri ilə əlaqədar 09 sentyabr 2019-cu il tarixində kəndin bəzi ərazilərində istehlakçıların elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə "Azərişıq" ASC istehlakçılardan üzr istəyir.

© xezerxeber.az


241 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR