Bir neçə rayonda qaz olmayacaq

06.09.2019 10:46

Bu gün saat 09:00-dan 18:00-a qədər aşkar edilmiş qaz sızmalarının ləğvi məqsədilə Gəncə şəhərinin bir hissəsi, Göygöl və Samux rayonlarının bəzi yaşayış məntəqələrində qaz təchizatı dayandırılıb.

"Azəriqaz" İstehsalat Birliyindən xezerxeber.az-a verilən məlumata görə, bundan başqa saat 09:00-dan etibarən işlər başa çatanadək Xəzər rayonu, Mərdəkan Bağlar yaşayış sahəsi, Mərdəkan yeni yaşayış massivi, "Stansiya Qala” adlanan yerdə də qaz verilişində fasilələr başlayıb. Bu zaman "Qaz İxrac” İdarəsinin "Zabrat-Buzovna-Türkan” magistral qaz kəmərinin bir hissəsi dayaqlar üzərinə qaldırılacaq.

© xezerxeber.az


113 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR