Gömrük nəzarətindən gizlədilən telefonlar aşkarlanıb - FOTO

24.08.2019 15:29

Gömrük nəzarətindən gizlədilən telefonlar aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, Gürcüstandan gələn Rusiya vətəndaşının idarə etdiyi "VAZ-21114” markalı avtomobil Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü” gömrük postunda saxlanılıb və nəqliyyat vasitəsinin sürücüsü şifahi sorğu-sual olunub. Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin ön sərnişin oturacağının altında gömrük nəzarətindən gizlədilən 8 ədəd "Samsung Galaxy S9+” markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


115 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR