Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracı 1,1 milyard dollar artıb

14.08.2019 17:40

Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 6 milyard 663 milyon 519 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a bildirilib ki, bu göstərici 2018-ci ilin müvafiq dövrünə nisbətən 1 milyard 173 milyon 792 min dollar çoxdur.

Ötən yeddi ayda Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 1 milyard 338 milyon 295 min dollar olub.

© xezerxeber.az


75 dəfə oxunub

ÇOX OXUNANLAR