Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

İstifadəyə yararsız ət aşkar edilib - FOTO

13.08.2019 17:16

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən birgə keçirilən monitorinq zamanı Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən heyvan kəsimi müəssisəsində baytarlıq-sanitariya qaydalarına uyğun olmayan şəkildə saxlanılan və istifadəyə yararsız 851 kiloqram ət aşkar olunub.

AQTA-dan xezerxeber.az-a bildirilib ki, müəssisənin heyvan kəsimi və soyuducu sahəsinə baxış zamanı 851 kiloqram heyvan cəmdəyində şübhə doğuran əlamətlər müəyyən edilib. Müəssisədə heyvan kəsimi dayandırılıb və ət satışına məhdudiyyət qoyulub.

Heyvan cəmdəyindən nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.

© xezerxeber.az

FOTOQALERIYA






97 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR