Neft bahalaşıb

26.07.2019 09:33

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 0,09% artaraq 1 barelə görə 63,45 dollar təşkil edib.

Xezerxeber.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 0,37% artaraq 56,23 dollar təşkil edib.

© xezerxeber.az


98 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR