Neft Emalı Zavodunda güclü tüstü axını müşahidə olunub - FOTO

25.07.2019 09:26

İyulun 24-də saat 19:20 radələrində Neft Emalı Zavodunun məşəl sistemində güclü tüstü axını müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, qurumun Milli Monitorinq Departamentinin mütəxəssislərindən ibarət qrup zavodda və ətrafda monitorinqlər aparıb.

Məlum olub ki, tüstü axını zavoddaki istismar sahələrindən birində baş vermiş texniki nasazlıq nəticəsində havaya buraxılıb. Yaranmış vəziyyətlə bağlı araşdırmalar davam etdirilir.

Əlavə məlumat veriləcək.

© xezerxeber.az

FOTOQALERIYA






131 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR