Bir neçə bölgədə qaz olmayacaq

23.07.2019 09:43

Bu gün səhər saat 09.00-dan axşam saat 18.00-dək Gəncə şəhərinin bir hissəsi, Bağmanlar qəsəbəsi və Ağsu rayonunun 41 yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

"Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a verilən məlumata görə, məqsəd aşkarlanan qaz sızmalarının aradan qaldırılmasıdır. Naftalan rayonunda isə bir qrup abonentin qaz təchizatı texniki baxışın aparılmasına görə dayandırılıb. Qazın verilişi saat 17.00-dək bərpa olunacaq. Xaçmaz şəhərində bir qrup abonentin bəzi təmir işləri ilə bağlı səhər saat 09.00-dan dayandırılan qaz təchizatı isə sabah bərpa olunacaq.

© xezerxeber.az

FOTOQALERIYA






326 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR