Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 106 milyon dolları ötüb

21.07.2019 17:31

Cari ilin altı ayı ərzində Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 106 milyon ABŞ dolları ötüb.

Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, hesabat dövründə Azərbaycana Belarusdan idxalın həcmi 96 milyon 064 min dollar, Azərbaycandan Belarusa ixracın həcmi isə 9 milyon 971 min dollar olub.

Qeyd edək ki, ötən il Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 204 milyon ABŞ dollarına yaxın olub ki, bu da 2017-ci ilin analoji göstəricisindən təxminən 56 milyon dollar çoxdur.

© xezerxeber.az


122 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR