Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Zelenski: Ukraynanın yeni Baş naziri müstəqil və peşəkar iqtisadçı olmalıdır

21.07.2019 15:18

Ukraynanın yeni Baş naziri peşəkar iqtisadçı olmalı və hər hansı siyasətlə bağlılığı olmamalıdır.

Xezerxeber.az xəbər verir ki, növbədənkənar parlament seçkilərində səsvermədən sonra bu barədə jurnalistlərə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.

V.Zelenski Baş nazir seçimində mövqeyinin dəyişməz qaldığını açıqlayıb: "Hesab edirəm ki, Ukraynanın yeni Baş naziri tam müstəqil, peşəkar iqtisadçı olmalıdır. Nə vaxtsa Baş nazir, spiker, hansısa partiyanın lideri olmayan şəxs yeni Baş nazir postuna layiqdir. Hazırda bununla bağlı məsləhətləşmələr aparılır”.

Qeyd edək ki, bu gün Ukraynada növbədənkənar parlament seçkiləri keçirilir. Yeni parlament formalaşandan sonra Ukraynanın yeni Baş naziri seçiləcək.

© xezerxeber.az


116 dəfə oxunub

ÇOX OXUNANLAR