Altı ayda dəmir yolu nəqliyyatı ilə 1,5 milyard dollarlıq yük daşınıb

16.07.2019 13:21

Cari ilin yanvar-iyun aylarında dəmir yolu nəqliyyatı ilə ümumilikdə 3 milyon 267 min 525 ton yük daşınıb ki, bu yüklərin dəyəri 1 milyard 500 milyon 639 min ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, altı ayda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 1 milyon 94 min 418 ton yükün dəyəri 376 milyon 865 min dollar təşkil edib.

Hesabat dövründə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 2 milyon 173 min 106 ton, dəyəri isə 1 milyard 123 milyon 774 min dollar olub.

© xezerxeber.az


116 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR