Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Altı ayda Energetika Nazirliyində 1847 müraciətə baxılıb

11.07.2019 13:11

Bu ilin ilk yarısında Energetika Nazirliyi və tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istehlakçı hüquqlarının qorunması, vətəndaşların elektrik enerjisi təchizatı, qazlaşdırma və digər məsələlərlə bağlı 1847 müraciət daxil olub.

Nazirlikdən bildirilib ki, bu müraciətlərin 889-u elektrik enerjisi, 434-ü təbii qaz təchizatı, 524-ü isə digər məzmunlu məsələləri əhatə edib. Daxil olan müraciətlərdən 98-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubları olub. Elektrik enerjisi üzrə müraciətlər elektrik sayğaclarının quraşdırılması, borc və ya cərimələrin hesablanması, enerji təchizatı şəbəkəsinə qoşulma, elektrik enerjisinin keyfiyyəti və enerji təchizatında yaranan fasilələr, elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması və elektrik enerjisi verilişində yaranan digər çatışmazlıqlarla bağlı olub. Qaz təchizatı ilə bağlı qeydə alınmış müraciətlər isə əsasən qaz xəttinə qoşulma, qaz təchizatında yaranan fasilələr, qaz sızması, qaz sayğaclarının quraşdırılması, borc və ya cərimələrin hesablanması və təbii qazın verilişi ilə bağlı digər məsələləri əhatə edib.

Bu dövrdə 116 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib. Ümumilikdə isə 1680 müraciət Energetika Nazirliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən araşdırılaraq cavablandırılıb.

Yarım ildə, həmçinin Energetika naziri və nazir müavinləri tərəfindən vətəndaş qəbulu həyata keçirilib. Paytaxt və regionlarda - Şirvan, Lənkəran, Masallı, Lerik, Xaçmaz, Quba və Siyəzən şəhərlərində keçirilmiş qəbullar zamanı 150-dək vətəndaş qəbul edilib, onların müraciətləri dinlənilib, qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun lazımi tədbirlərin görülməsi üçün nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

Hesabat dövründə Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə nazir, nazir müavinləri və digər rəhbər vəzifəli şəxslərin 2019-cu il üzrə vətəndaş qəbulu qrafiki yenilənib və nazirliyin saytında yerləşdirilib. Bundan əlavə, bölgələrdə təşkil olunmuş qəbullar barədə vətəndaşların ətraflı məlumatlandırılması üçün KİV-lərdə, Energetika Nazirliyinin rəsmi internet və "Facebook” səhifələrində elanlar verilib, nazirliyin saytında vətəndaşların qəbulu üçün elektron müraciətlərin onlayn qeydiyyata alınması məqsədilə imkanlar yaradılıb.

© xezerxeber.az


78 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR