Azərbaycan Respublikası Prezidentinin növbəti humanist addımı olaraq imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilməkdədir.
FHN-dən XəzərXəbər-ə verilən xəbərə görə, görülmüş tədbirlər nəticəsində ötən 4 ay ərzində ümumilikdə 167 girişi, 11 872 mənzili olan, 1 128 190 m2 sahəni əhatə edən 70 binaya (kompleksə) dair müsbət rəy verilib. 68-i Bakı şəhəri, 1-i Abşeron rayonu, 1-i isə Gəncə şəhərində yerləşən bu binalara dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada onların istismara hazır olması barədə rəy tərtib edilib və aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Abşeron Rayon və Gəncə Şəhər İcra hakimiyyətlərinə təqdim edilib.
Aparılmış müayinələr nəticəsində aşkar edilən çatışmazlıqların aradan qaldırılması üzrə işlərin Fərmanla müəyyən olunmuş vaxtda başa çatdırılmasının təmin edilməsi, bu istiqamətdə qarşıya çıxan məsələlərin operativ həlli üçün birgə fikir mübadiləsinin aparılması məqsədi ilə cari ilin 23 may və 13 iyun tarixlərində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə növbəti müşavirələr keçirilib.
Ağdamdan Xankəndinə dəmir yolu çəkilir - Türkiyədən YENİ XƏRİTƏ
GM elektrikli mikroavtobusların istehsalına investisiya yatıracaq
TAP iki ildən bir bazar sınaqları keçirəcək - İcraçı direktor
Trampın vəkili impiçment müdafiəsində iştirak etdiyini açıqlayıb
Aya uçuş üçün raket mühərriklərinin atəş sınaqları keçirilib
Dünyada daha 14 mindən çox insan koronavirusdan həyatını itirib
Ağdamdan Xankəndinə dəmir yolu çəkilir - Türkiyədən YENİ XƏRİTƏ
Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı
Bu evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
Dəhşətli hadisə 46 nəfərin həyatına son qoydu, yüzlərlə yaralı var
Azərbaycanda vaksinlər bu maliyyə mənbələri hesabına alınacaq
Karantin rejimi ilə bağlı hansı qərarlar dəyişdi? - Qısa İZAH
Bu tarixdən kafe ə restoranlar işləyə biləcək - Operativ Qərargah
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB