Rusları Gürcüstana kim aparacaq - hamı təklif verir, bizə nə olub?

25.06.2019 12:17

Rusiyalı turistlər Tbilisidə yerləşən bir çox böyük mehmanxanaların sahiblərinə və kurort şəhərlərinin nümayəndələrinə zəng vuraraq Gürcüstana gəlmək üçün alternativ yolların tapılmasında kömək istəyiblər

Gürcüstanın mehmanxana və restoranlar assosiasiyasının sədri Şalva Alaverdaşvili ölkəyə rusiyalı turistlərin gətirilməsi üçün Bakı, Yerevan və Trabzon şəhərlərinin hava limanlarından pulsuz avtobus reyslərinin açılmasını təklif edib.

RİA Novosti xəbər verir ki, Alaverdaşvili təklifini artıq İqtisadiyyat nazirliyi və turizm sektorunun nümayəndələrinə təqdim edib.

Xatırladaq ki, iyunun 21-i Prezident Vladimir Putin iyulun 8-dən başlayaraq Rusiya aviaşirkətlərinin ölkə vətəndaşlarını Gürcüstana daşımasına qadağa qoyan fərman imzalayıb. Sənəddə, həmçinin turizm operatorları və agentlərinə Gürcüstana putyovka satışı və təşkilindən çəkinmək məsləhət görülür.

Alaverdaşvilinin sözlərinə görə, rusiyalı turistlər Tbilisidə yerləşən bir çox böyük mehmanxanaların sahiblərinə və kurort şəhərlərinin nümayəndələrinə zəng vuraraq Gürcüstana gəlmək üçün alternativ yolların tapılmasında kömək istəyiblər.

"Müzakirə etdiyimiz ikinci mövzu çarter reyslərinin təşkili idi. Bəzi ölkələr buna hazır olduqlarını artıq bəyan ediblər; onların sırasında Ukrayna və Qazaxıstan var", - deyə o bildirib.

Oxşar təklif Ermənistanda da səsləndirilib. Rusiya mediası xəbər verir ki, Ermənistan baş nazirinin aviasiya məsələləri üzrə məsləhətçisi Akop Çaqaryan Ermənistanın üç aviaşirkətinin Rusiya və Gürcüstan arasında sərnişin daşımalarını təşkil etməyə hazır olduğunu bəyan edib.

Bunlar "Ermənistan", "Taron Avia" və "Atlantis European Airways" aviaşirkətləridir.

Çaqaryanın sözlərinə görə, o, ölkə aviaşirkətlərinin hazırlığı haqqında məlumatı artıq Ermənistan Baş Naziri Nikol Paşinyana çatdırıb.

Azərbaycan tərəfindən hələ ki, buna oxşar təkliflər səslənməyib.

"Rusiyalı turistlər üçün Bakı-Tbilisi istiqamətində pulsuz avtobuslarının təşkili hələ ki bir təklifdir". Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. N. Allahrayova bildirib ki, bununla bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə müraciət daxil olmayıb:

"Onlar təklif edirlər ki, rusiyalı turistləri hava limanında qarşılayaraq pulsuz Gürcüstana, öz mehmanxanalarına aparsınlar. Bu bir sahibkar tərəfindən edilən təklifdir"./Sputnik Azərbaycan

© xezerxeber.az


222 dəfə oxunub

XƏBƏRLƏR

20.07.2019 15:27

Qaradağda ev yanıb

ÇOX OXUNANLAR