“Lada”lar yenə bahalaşacaq

18.06.2019 17:40

"AvtoVAZ” konserni "Lada” modelindən olan bütün avtomobillərin qiymətini qaldıracaq.

Bu barədə "Vedemosti” qəzeti yazır.

Bu, avtomobil konserninin cari il ərzində ikinci oxşar addımıdır.

"Lada” avtomobillərinin satışı və lizinqi ilə məşğul olan dilerlərqiymətlərin iyulun 1-dən etibarən qaldırılacağını açıqlayıb. Bahalaşmanın 1-4 faiz civarında olacağı iddia olunur.

Xatırladaq ki, bundan əvvəl "AvtoVAZ” yanvar ayında bütün modellərdən olan avtomobillərinin qiymətini 3 faiz artırmışdı. Həmin vaxt buna səbəb Rusiyada ƏDV-nin 18 faizdən 20 faizə qaldırılması ilə əlaqələndirilirdi.

© xezerxeber.az


521 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR