Azərbaycan birinci rübdə Gürcüstan iqtisadiyyatına 15,4 milyon dollar sərmayə yatırıb

10.06.2019 17:11

Cari ilin ilk rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 15,4 milyon dollar investisiya yatırıb.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin rüblük hesabatında deyilir.

Bildirilir ki, cari ilin yanvar-mart aylarında Azərbaycanın yatırdığı sərmayə Gürcüstan iqtisadiyyatına qoyulmuş birbaşa xarici investisiyaların 5,5 faizini təşkil edib. Bu göstərici ilə Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə yatıran xarici investorlar sırasında 6-cı yerdə qərarlaşıb.

Keçən ilin ilk rübü ilə müqayisədə Azərbaycanın Gürcüstana yatırdığı investisiyaların həcmi 41,2 milyon dollar və ya 72 faiz azalıb. (AZƏRTAC)

© xezerxeber.az


167 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR