147 min 489 hektar ərazidə taxıl biçini aparılıb

08.06.2019 14:09

Bu il Azərbaycan ərazisində 1 milyon 9 min 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 min 793 hektarı buğda, 331 min 346,8 hektarı arpa sahəsidir.

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, iyunun 8-nə olan operativ məlumata görə, ölkə ərazisində 147 min 489 hektar ərazidə taxıl biçini aparılıb, 144 min 499,5 hektar ərazidə arpa, 2 min 990,2 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 436 min 570,5 ton taxıl istehsal olunub, orta məhsuldarlıq hər hektara 29,6 sentner təşkil edir.

Kürdəmir rayonunda arpa biçini başa çatmaq üzrədir. Rayon ərazisində arpa əkilmiş 29 min 926 hektar sahənin 27 min 960 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 sentner/hektar təşkil edir. Neftçala, Şəki, Biləsuvar və Sabirabad rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:

Rayon

Arpa sahəsi, ha

Biçilmiş sahə, ha

Məhsuldarlıq, s/ha

Neftçala

31404

22670

23,1

Şəki

21626,3

9600

34

Biləsuvar

14900

11350

29

Sabirabad

9600

7500

38,8

Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.

Ölkə üzrə taxıl biçininə 1340 kombayn cəlb olunub. Bunlardan 506-sı "Aqrolizinq" ASC-nin balansında olan kombaynlardır. Arpa biçininə cəlb olunan digər kombaynlar isə fiziki və hüquqi şəxslərə məxsusdur. "Aqrolizinq" ASC-nin kombaynları ilə 61 min 695 hektar, fiziki və hüquqi şəxslərdə olan kombaynlarla 85 min 794 hektar sahə biçilib.

© xezerxeber.az


109 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR