İnternetin aylıq ödəniş vaxtına dəyişiklik edildi

16.05.2019 15:50

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti internet xidmətinə görə aylıq ödəmələrin vaxt məhdudiyyətində dəyişiklik edib.

Nazirlikdən bildirilib ki, bu ilin mayından etibarən "Aztelekom” MMC-nin internet xidməti üzrə ödənişlər "gündəlik hesablaşma” prinsipi ilə aparılacaq. Belə ki, artıq ödəniş günü hər ayın 5-nə qədər deyil, sonuncu ödəniş edilən gündən sonrakı 30-cu təqvim günü gələn ay üçün ödəmənin son günü müəyyən ediləcək. Hazırda isə cari ay üçün ödəniş olunmadığı təqdirdə internet xidməti dayandırılacaq.

Əlavə məlumat üçün 170 qısa nömrəsinə müraciət edə bilərsiniz.

© xezerxeber.az

FOTOQALERIYA






309 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR