Neftin qiyməti Səudiyyə Ərəbistanındakı hadisələr fonunda bahalaşır

14.05.2019 17:24

Dünya birjalarında neftin qiyməti Səudiyyə Ərəbistanından gələn xəbərlər fonunda bahalaşır.

Hazırda "Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 71,14 dollara, "Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 61,61 dollara alıcı axtarır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid əl-Falih ölkədəki Şərq-Qərb neft boru kəmərindəki 2 nasos stansiyasına partlayıcı ilə təchiz edilmiş dron vasitəsilə hücum olduğu deyib. Nazir hadisəni terror aktı kimi qiymətləndirib.

Onun sözlərinə görə, hazırda hadisə nəticəsində dəymiş ziyan aradan qaldırılır.

© xezerxeber.az


102 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR