Narkotikin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

11.05.2019 14:22

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitənin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən xezerxeber.az-a bildirilib ki, Doha-Bakı aviareysi ilə gələn Braziliya vətəndaşı De Lima Medeiros Julio Cesarın baqajı rentgen aparatından keçərkən monitorda şübhəli əşyaların təsviri görünüb. Bu səbəbdən vətəndaşın baqajına təkrar yoxlama keçirilib. Nəticədə qara rəngli çamadanın astarının altında, yan divarlarına yapışdırılan, ağ rəngli plastik materialdan hazırlanan təbəqənin arasından, gömrük nəzarətindən gizlədilən 12 ədəd alüminium falqada olan paketlər müəyyən edilib. Paketlərə ayrı-ayrılıqda baxış zamanı oradan ağ rəngli, toz şəklində qablaşdırılması ilə birlikdə ümumi çəkisi 2066 qram olan narkotik vasitə - kokain aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


157 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR