Qeydiyyatda olan vergi ödəyicilərinin sayı 1 milyonu keçib

11.05.2019 13:10

Bu il mayın 1-nə olan məlumata görə, qeydiyyatda olan vergi ödəyicilərinin sayı 1 milyonu ötüb.

Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən bildirilib ki, bu barədə nazirliyin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.

Nazirlik rəsmisi bu göstəricinin artmasına ötən ilin sonunda qanunvericilikdə edilən dəyişikliklərin müsbət təsiri olduğunu söyləyib: "2019-cu ilin yanvar-aprel ayları ərzində qeydiyyatdan keçən vergiödəyicilərinin sayı 36 min 558 olub. Onlardan 4 min 584-ü hüquqi şəxslər, 31 min 974-ü isə fiziki şəxslərdir”.

Onun sözlərinə görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin sayında 32,4 faiz artım müşahidə edilir. Belə ki, ötən ilin yanvar-aprel aylarında 27 min 602 vergi ödəyicisi qeydiyyata alınıb. Qanunvericilikdə edilən dəyişikliklər, biznes mühitinin yaxşılaşması istiqamətində atılan addımlar vergiödəyicilərinin sayına təsir edib.

Ə.Məmmədov qeyd edib ki, bu ilin 4 ayında qeydiyyatdan keçən 4 min 427 kommersiya-hüquqi şəxsin 70,6 faizi elektron qaydada qeydiyyata alınıb. Həmin müddətdə qeydiyyatdan keçən vergi ödəyicilərinin 54,8 faizi regionların payına düşür.

© xezerxeber.az


135 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR