Neft Fondu apreldə valyuta satışını azaldıb

07.05.2019 15:14

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) valyuta satışı ilə bağlı açıqlama yayıb.

ARDNF-dən xezerxeber.az-a verilən məlumata görə, Fond tərəfindən 2019-cu ilin aprel ayı ərzində 423,7 mln. ABŞ dolları məbləğində vəsait satılıb. Bu ilin mart ayı ilə müqayisədə Fond tərəfindən satılan dolların həcmi 29,4% azalıb.

Ötən ilin aprel ayı ilə müqayisədə isə bu göstərici 47,2% azalıb.

© xezerxeber.az


265 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR