Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Kredit təşkilatlarından daxil olan sorğuların sayı artıb

24.04.2019 11:08

Birinci rübün yekunlarına əsasən, Azərbaycan Kredit Bürosu (AKB) ilə müqavilə imzalamış təşkilatların sayı 123-ə çatıb.

AKB-dən bildirilib ki, hesabat dövründə üç yeni təşkilat, o cümlədən bir bank olmayan kredit təşkilatı (BOKT), bir kredit ittifaqı və bir lizinq şirkəti ilə müqavilə imzalanmış və büro sisteminə inteqrasiya edilib. AKB-nin sistemindən 30 bank və 39 BOKT istifadə edib. Qeyd olunan müddətdə büroda banklar və BOKT-lar tərəfindən 567 min 525 sorğu həyata keçirilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 40 faiz çoxdur.

Qeyd edək ki, 2018-ci ilin müvafiq dövründə anoloji sistemdən kredit təşkilatları tərəfindən 405 min 544 sorğu yerinə yetirilib. Büroda aparılmış sorğuların 505 min 27-si (89 faiz) banklar, 62 min 498-i (11 faiz) isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilib.

Bu müddətdə 5511 nəfər şəxs öz kredit hesabatlarını əldə etmək məqsədilə büroya müraciət edib. Müraciət etmiş şəxslərin 5 min 466-sı (99,2 faiz) fiziki, 45-i (0,8 faiz) isə hüquqi şəxslər olub.

© xezerxeber.az


260 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR