Əhalinin banklardakı əmanətləri 7,7 faiz artıb

18.03.2019 16:54

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, fevral ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artaraq 8 milyard 75,9 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, əmanətlərin 62,5 faizi xarici, 37,5 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 19,7 faiz, xarici valyutada əmanətlər isə 1,6 faiz artıb.

© xezerxeber.az


157 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR