“Azəriqaz”: Təbii qazla təmin edilən abonentlərin sayı 2,2 milyona çatır

11.02.2019 11:24

Ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 195 min 514-ə çatıb.

SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyindən xezerxeber.az-a bildirilib ki, yanvarda birlikdə əhali sektoru üzrə 10 min 479 yeni abonent qeydiyyata alınıb. Bunun da 4 min 904-ü Bakı, Abşeron və Sumqayıt, 5 min 575-i isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasına abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması səbəb olub.

Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən işlər də öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 195 min 514-ə çatıb.

© xezerxeber.az


274 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR