Aİ Azərbaycanda kənd təsərrüfatının subsidiyalaşdırılmasını dəstəkləyəcək

10.02.2019 11:39

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti Avropa İttifaqı (Aİ) ilə birgə subsidiyaların verilməsi üzrə layihə reallaşdırmağı planlaşdırır.

Bunu Trend-ə xidmətin rəhbəri Mirzə Əliyev deyib.

O bildirib ki, layihənin aprelin 15-də işə salınması nəzərdə tutulur.

M.Əliyev bildirib ki, bu cür layihələr və planlar çoxdur: "Bu layihələr arasında Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL), FAO ilə birgə məlumat və məşvərət xidmətlərinin təşkili layihəsini göstərmək olar".

Xidmət rəhbəri qeyd edib ki, bu il 10 milyon manat həcmində kredit veriləcək.

Ötən il də eyni məbləğdə vəsait ayrıldığını vurğulayan M.Əliyev əlavə edib ki, aktiv portfel 95 milyon manat təşkil edir.

Qurum rəsmisi ümid etdiyini bildirib ki, kənd təsərrüfatı texnikası və avadanlıqlarının satın alınması üçün 50-60 milyon manat əlavə vəsait ayrılacaq.

© xezerxeber.az


86 dəfə oxunub

XƏBƏRLƏR

16.02.2019 20:17

İstanbulda bina çöküb

ÇOX OXUNANLAR