“Fitch Ratings”: Bu il “Brent”in orta qiyməti 65 dollar olacaq

08.02.2019 20:41

"Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2019-2021-ci illər üzrə "Brent” markalı xam neftin orta qiymətinə dair proqnozunu açıqlayıb.

Xezerxeber.az xəbər verir ki, ötən il "Brent”in bir barrelinin orta qiyməti 71 dollar olub.

"Fitch Ratings” bu il "Brent”in bir barrelinin orta qiymətinin 65 dollar, 2020-ci ildə 62,5 dollar/barrel, 2021-ci ildə isə 60 dollar/barrel olacağını nəzərdə tutur.

© xezerxeber.az


301 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR