Lökbatan dairəsindən şəhər istiqamətindəki yolun təmirinə başlanılır

06.02.2019 14:07

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə fevralın 7-dən etibarən Bakı Dairəvi-1 avtomobil yolunun Lökbatan dairəsindən şəhər istiqamətində yolun 5 kilometrlik hissəsində təmir-bərpa işlərinə başlanılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən xezerxeber.az-a bildirilib ki, sürücülərdən təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

© xezerxeber.az


283 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR