Azərbaycanda “Yol hərəkətinin təhlükəsizliyi” vahid elektron analitik məlumat bazası yaradılacaq

10.01.2019 20:06

Azərbaycanda "Yol hərəkətinin təhlükəsizliyi” vahid elektron analitik məlumat bazası yaradılacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda bildirilir.

Qeyd olunur ki, yol hərəkətinin təhlükəsizliyi sahəsində fəaliyyət elektronlaşdırılacaq, bir neçə sistem və bazalardan ibarət "Yol hərəkətinin təhlükəsizliyi” vahid elektron analitik məlumat bazası yaradılacaq. Məlumat bazasının yaradılmasının 2019-2021-ci illər ərzində həyata keçirilməsi nəzərdə tutulur.

© xezerxeber.az


192 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR