Metronun Depo ərazisindəki sexlərinə havalandırma sistemi quraşdırılacaq

10.01.2019 16:50

"Bakı Metropoliteni” QSC-nin Depo ərazisindəki sexlərinə havalandırma sistemi quraşdırılacaq.

Bu barədə "Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, havalandırma sistemi Depo ərazisindəki Birləşmiş Emalatxanalar və Eskalatorların təmir sexləri üçün quraşdırılır. Havalandırma sisteminin quraşdırılması ilə bağlı iddiaçılar fevralın 12-si saat 18:00-a qədər müraciət etməlidir. Ətraflı məlumat üçün 490-00-91 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

© xezerxeber.az


87 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR