Ötən il Mərkəzi Bankın valyuta ehtiyatları artıb

10.01.2019 13:58

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

Xezerxeber.az Mərkəzi Banka istinadla xəbər verir ki, AMB-nin valyuta ehtiyatları yanvarın 1-nə 5 milyard 622,5 milyon ABŞ dolları olub. Bu göstərici ötən ayın müvafiq dövrü ilə müqayisədə 31,6 milyon dollar çoxdur. İlin əvvəlinə nisbətən valyuta ehtiyatları 287,9 milyon dollar artıb.

© xezerxeber.az


254 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR