Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr aşkarlandı

07.12.2018 13:49

Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələrin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən xezerxeber.az-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz 21044” markalı avtomobilə "Qırmızı Körpü” gömrük postunda gömrük baxışı həyata keçirilib.

Gömrük baxışı keçirilməzdən əvvəl aparılan şifahi sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin salonunda, sol karnizlərin içərisində xüsusi düzəldilmiş gizli saxlanc yerində, üzərində "Enigma Fireworks” yazısı olan 760 ədəd və "Corsar” yazısı olan 1560 ədəd pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az

FOTOQALERIYA






58 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR