Orta aylıq əməkhaqqı 5,7 faiz artacaq

08.11.2018 12:43

2019-cu ildə orta aylıq əməkhaqqı 5,7 faiz artaraq 642 manata çatacaq.

Xezerxeber.az xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclasında deyib.

Nazir müavini bildirib ki, növbəti ildə əhalinin gəlirləri 9 faiz artaraq 54,4 milyard manata çatacaq. 2019-cu ildə inflyasiya 3,8 faiz səviyyəsində nəzərdə tutulur.

© xezerxeber.az


202 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR