Bakı-Xarkov-Kiyev avtobus reysi ləğv olunub

06.11.2018 13:59

Bakı-Xarkov-Kiyev avtobus reysi ləğv olunub.

Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov məlumat verib.

O bildirib ki, Bakı-Xarkov-Kiyev avtobus reysinə sərnişin tələbatı olmadığı üçün bağlanıb. Gələcəkdə ehtiyac yaranarsa reysin yenidən açılması nəzərdən keçirilə bilər.

© xezerxeber.az


77 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR