1000-dən çox itirilmiş sənəd tapıldı

06.11.2018 10:13

"Azərpoçt" MMC-nin "Poçtap" sisitemində 1084 itirilmiş sənəd qeydiyyatdan keçib. Bu barədə "Azərpoçt"dan məlumat verilib. Həmin sənədlərdən 339-u sahibinə təhvil verilib.

Tapılan sənədlərin 719-u müvafiq strukturlara verilib, 26-ı isə hələ ki "Azərpoçt"un şöbə və filiallarındadır.

"Poçtap" xidməti Naxçıvan Muxtar Respublikası da daxil olmaqla bütün ölkə ərazisində "Azerexpresspost" poçt-ekspres xidməti vasitəsi ilə itirilmiş sənədlərin vaxtında çatdırılmasını təmin edir.

Tapılan sənədlər barədə məlumatları xidmətin 169 nömrəli telefonuna zəng etməklə və ya "pochtap.az" saytı vasitəsilə əldə etmək olar.

İtirilmiş sənədlər "Poçtap" sistemində 30 gün müddətində qala bilər. Daha sonra onlar müvafiq strukturlara təhvil verilməlidir.

Məlumat üçün bildirək ki, "Poçtap" xidməti çərçivəsində sənədi tapılan şəxslər 1.80 AZN xidmət haqqı ödəyərək, sənədi poçt şöbələrindən və "Şəbəkə" xidmət mərkəzlərindən təhvil ala bilərlər. Sənədin hər hansı ünvana çatdırılması lazım gəldikdə isə, çatdırılma rüsumu "Azərekspresspoçt"un xidmət tariflərinə uyğun hesablanır.

© xezerxeber.az


73 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR